“PYD/YPG terror dəstəsidir, PKK tərəfindən qurularaq idarə edilir", B. Bozdağ

Baş nazirin müavini və hökumət sözçüsü Bəkir Bozdağ terror təşkilatı PYD/YPG-nin PKK tərəfindən qurularaq idarə edildiyini söylədi.

911358
“PYD/YPG terror dəstəsidir, PKK tərəfindən qurularaq idarə edilir", B. Bozdağ

Baş nazirin müavini və hökumət sözçüsü Bəkir Bozdağ terror təşkilatı PYD/YPG-nin PKK tərəfindən qurularaq idarə edildiyini söylədi.

Bozdağ bunu özəl televiziya kanallarından birinə gündəmə dair verdiyi açıqlamasında demişdir.

“PYD/YPG terror dəstəsidir, PKK tərəfindən qurularaq idarə edilir. Onlar Türkiyəyə qarşı terror hücumlarını bir yerdə törədirlər. ABŞ qəbul etsə də, etməsə də, bu, belədir. ABŞ Türkiyənin yanaşmasına etibar edərsə, indiyədək etdiyi səhvləri bundan sonra davam etdirməkdən əl çəkər. Əgər Türkiyəyə inanmazsa, o zaman terror qrupunu dəstəkləmək yanlışlığını, terroru dəstəkləməyi bundan sonra da davam etdirər.

PYD/YPG və bölgədə bir terror dəhlizinin formalaşdırılması, terrorçu dövlətin yaradılması açıq-aşkar görünür. Türkiyə isə bu prosesə qarşıdır. Bu barədə istədikləri qədər danışsınlar, bizim bu istiqamətdə bir millimetr də gəri addım atmağımız mümkün deyil”, - Bəkir Bozdağ vurğulayıb.

Bəkir Bozdağ ABŞ-ın Müdafiə naziri Reks Tillersonun bugün axşam radələrində Ankaraya edəcəyi səfəri zamanı PYD/PKK ilə əlaqəli gündəmə salınacaq mövzulara da toxunaraq deyib ki, bizi qane etməkdən, olan həqiqəti başqa cür göstərməyimizi istəməkdən imtina etmələri lazımdır. Bizim bu nöqtədə inandırılmağa ehtiyacımız yoxdur.

PYD/YPG-nin terror təşkilatı olduğuna bir daha diqqət çəkən hökumət sözçüsü Bozdağ bildirib ki,  bu terror təşkilatına Türkiyənin dostu və müttəfiqi olan ABŞ-ın dəstək vərməsi, silahlə təmin etməsi, silah-sursat verməsi, təlim keçməsi, hərbçilərinin onlarla birlikdə oturub-durması Türkiyəyə qarşı edilən ən böyük səhvdir, qəbuledilməz haldır. Bu dəstəklər kəsilməlidir. Verilən silahlar geri götürülməlidir.

Bəkir Bozdağ terror təşkilatı DEAŞ-a qarşı mübarizəni ən yaxşı aparan ölkənin Türkiyə olduğunu da vurğulayıb.



Әlaqәli Xәbәrlәr