Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Rusiya prezidenti Vladimir Putinә başsağlığı verib

Bu barәdә Dövlәt Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

908381
Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Rusiya prezidenti Vladimir Putinә başsağlığı verib

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Moskvada sәrnişin tәyyarәsinin qәzaya uğraması nәticәsindә hәlak olanlarla әlaqәdar Rusiya prezidenti Vladimir Putinә başsağlığı verib.

Bu barәdә Dövlәt Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Moskvanın Domodedova hava limanında sәrnişin tәyyarәsinin qәzaya uğraması nәticәsindә 71 nәfәrin hәlak olması xәbәrinin onu olduqca kәdәrlәndirdiyini qeyd edib.

Mәlumatda Әrdoğanın qәza nәticәsindә hәlak olanların ailәlәrinә sәbr, Rusiya prezidenti vә  xalqına başsağlığı dilәdiyi bildirilib.

Qeyd edәk ki, Baş nazir Binәli Yıldırım da rusiyalı hәmkarı Dmitri Medvedevә başsağlığı mәktubu ünvanlayıb.

Bu barәdә Nazirlәr Kabinetinin mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Mәlumata görә, Binәli Yıldırım mәktubda bu ifadәlәrә yer verib: ‘‘Baş verәn qәza nәticәsindә hәlak olanların ailәlәrinә sәbr, sizә vә dost Rusiya xalqına dәrin hüznlә başsağlığı dilәyirәm.’’

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu da rusiyalı hәmkarı Sergey Lavrovla telefon әlaqәsi saxlayıb.

Çavuşoğlu görüş zamanı Rusiyada baş verәn tәyyarә qәzası nәticәsindә hәlak olanlarla әlaqәdar hәmkarına başsağlığı verib.



Әlaqәli Xәbәrlәr