Baş Qərargah rəisi Hulusi Akar: “Şəhidlərimizin bir damla qanı yerdə qalmayacaq”

Baş Qərargah rəisi ordu generalı Hulusi Akar terorrçuların kökü kəsilənə qədər mübarizənin davam edəcəyini bildirdi.

908380
Baş Qərargah rəisi Hulusi Akar: “Şəhidlərimizin bir damla qanı yerdə qalmayacaq”

Baş Qərargah rəisi ordu generalı Hulusi Akar terorrçuların kökü kəsilənə qədər mübarizənin davam edəcəyini, şəhidlərimizin və qazilərimizin bir damla qanının yerdə qalmayacağını söyləyib.

Ordu generalı bunu Quru Qonuşlar və Hava Qüvvələri komandirlərilə birliktə Hatay bölgəsində “Zeytun Budağı” əməliyyatı ilə əlaqəli apardığı tədqiqatlar zamanı deyib.

2-cu ordu komandiri general-leytenant (korgəneral) Mətin Təməl və bölgədəki digər hərbi hissələrin komandirlərindən əməliyyatla əlaqəli məlumat alan Akar “Zeytun Budağı” hərəkatının gedişi barədə önəmli açıqlamalar verib.

Ordu generalı Hulusi Akar əməliyyatın məqsədinin bölgəni terrordan təmizləyərək əsl sahiblərinə təhvil vermək olduğunu bir daha vurğulayıb.

Bu arada Suriya sərhədində yerləşən hərbi dəstələrə əlavə məqsədilə göndərilən çox sayda zirəhli texnika və tanklar Hatay vilayətinin Hassa qəsəbəsinə çatıb.



Әlaqәli Xәbәrlәr