İstanbul "Türkiyə-Afrika tərəfdaşlığı konfransı”na ev sahibliyi edəcək

Konfransda Türkiyə və Afrika ölkələri arasındakı əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunacaq.

907182
İstanbul "Türkiyə-Afrika tərəfdaşlığı konfransı”na ev sahibliyi edəcək

İstanbul 12 fevralda Afrika ölkələrindən çox sayda nazir və nümayəndənin iştirakı ilə təşkil ediləcək “2-ci Türkiyə-Afrika tərəfdaşlığı konfransı”na ev sahibliyi edəcək.

Konfransda Türkiyə və Afrika ölkələri arasındakı əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunacaq.

Türkiyənin Xarici İşlər Nazirliyinin həmin mövzu ilə bağlı açıqlamasında yığıncağın gələcək il Türkiyədə keçiriləcək 3-cü Türkiyə-Afrika Tərəfdaşlıq Zirvəsinə hazırlıq məqsədi daşıdığı, konfransın Türkiyənin Afrika Birliyi strateji tərəfdaşı olmasının 10-cu ilinə təsadüf etdiyi qeyd olunub.

Konfransa Afrika Birliyi nümayəndələrilə yanaşı 19 Afrika ölkəsindən nazir və nümayəndənin qatılacağı, tədbirdə Türkiyə və Afrika ölkələri arasındakı əməkdaşlığın inkişaf etdirilməsi üçün atılacaq addımların dəyərləndiriləcəyi bildirilib.

Qeyd edək ki, “2-ci Türkiyə-Afrika Tərəfdaşlıq Zirvəsi" 2014-cü ildə Ekvatorial Qvineyanın paytaxtı Malaboda təşkil edilib.



Әlaqәli Xәbәrlәr