Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan gecə radələrində vətənə qayıtdı

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan dünən Vatikanda Roma Papası ilə görüşündən sonra Romaya getdi.

904215
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan gecə radələrində vətənə qayıtdı

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan dünən Vatikanda Roma Papası ilə görüşündən sonra Romaya getdi.

Dövlət başçısı iki ölkənin heyətlərinin təqdim edilməsindən sonra Prezidentlik Sarayında bu ölkənin prezidenti Sergio Mattarella ilə görüşdü.

İki həmkar daha sonra iş yeməyində bir araya gəldilər.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Paolo Centiloni (Paolo Gentiloni) ilə də görüş keçirdi.

1 saat 15 dəqiqə davam edən görüş mətbuata qapalı keçirildi.

Dövlət başçısı Romada İtaliyanın qabaqcıl 19 şirkətinin rəhbərlərilə də bir araya gəldi.

Mətbuata qapalı keçirilən görüş 1 saat 35 dəqiqə davam etdi.

Dövlət başçısı Ərdoğan İtaliyanın paytaxtı Romadakı görüşlərindən sonra gecə radələrində vətənə qayıtdı.



Әlaqәli Xәbәrlәr