Ankarada baş verən partlayışa bomba səbəb olub

Ötən gün Türkiyənin paytaxtı Ankarada vergi müfəttişliyinin binasında  baş verən partlayışdan sonra aparılan təhqiqat nəticəsində hadisədə bomba mexanizmindən istifadə edildiyi təsdiqləndi.

902594

İçində bomba olan çantanı binaya qoduğu  ətrafdakı təhlükəsizlik kameralarının görüntülərində əks olunan şübhəli şəxs Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən məhv edildi.

 Terrorçunun separatçı terror təşkilatı PKK - PYD bazasında təlim aldığı, Türkiyəyə qeyri-qanuni yollarla girdiyi müəyyən edildi.

Hadisə ilə əlaqədar 8 nəfər saxlanıldı.

Qeyd edək ki, fevralın 1-də Ankarada Çukurambar rayonunda, vergi müfəttişliyinin binasında partlayış baş verib.  İnsident nəticəsində 3 nəfər yaralanıb.

Әlaqәli Xәbәrlәr