Rəcəb Tayyib Ərdoğan Vatikana rəsmi səfər edəcək

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 4-5 fevral tarixlərində Vatikanda rəsmi səfərdə olacaq.

901633
Rəcəb Tayyib Ərdoğan Vatikana rəsmi səfər edəcək

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 4-5 fevral tarixlərində Vatikanda rəsmi səfərdə olacaq.

Ərdoğan Vatikanda Roma Papası Fransisklə görüşəcək.
 
 Türkiyə Dövlət Aparatı Mətbuat Mərkəzindən verilən məlumata görə, görüşlərdə Türkiyə-Vatikan münasibətləri, Qüdslə bağlı proseslər, regional problemlər, Suriyada baş verən insanlıq faciəsi, terror, ksenofobiya və islamofobiya ilə mübarizə kimi məsələlər müzakirə olunacaq.

Ərdoğanın səfəri 59 ilik fasilədən sonra Türkiyədən Vatikana dövlət başçısı səviyyəsində ikinci səfər olacaq.
 
 Türkiyənin dövlət başçısı Vatikana səfərindən sonra Romada İtaliya prezidenti Sergio Mattarella ilə iş yeməyində bir araya gələcək və İtaliya Baş naziri Paolo Gentilonini qəbul edəcək.
 
 Türkiyə ilə İtaliya arasında siyasi, iqtisadi, müdafiə sənayesi sahələrində ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunacağı görüşlərdə Suriya, İraq və Liviyadakı son proseslər, Qüds, terrorla və nizamsız mühacirətlə mübarizə məsələlərində əməkdaşlıq, Türkiyə-Aİ münasibətləri kimi hər iki ölkənin ortaq gündəmində yer alan məsələlər haqqında fikir mübadiləsi aparılacaq.
 
 



Әlaqәli Xәbәrlәr