Türkiyə Silahlı Qüvvələri məlumat yaydı
Məlumatda Suriyanın Afrin bölgəsində davam edən 'Zeytun Budağı' əməliyyatı çərçivəsində separatçı terror təşkilatı PKK/PYD ilə olan toqquşmada 2 əsgərin şəhid olduğu bildirilir.
898369

Məlumatda Suriyanın Afrin bölgəsində davam edən 'Zeytun Budağı' əməliyyatı çərçivəsində separatçı terror təşkilatı PKK/PYD ilə olan toqquşmada 2 əsgərin şəhid olduğu bildirilir.
TSQ-nin məlumatında qarşıdurmada 11 əsgərin də yaralandığı qeyd olunur.
Məlumatda 8-ci günü geridə qalan əməliyyat çərçivəsində zərərsizləşdirilən terrorçu sayının 484-ə yüksəldiyi ifadə olunur.
TSQ-nın məlumatında bu gün 42 terrorçu hədəfini vuran 29 döyüş təyyarəsinin bazaya döndüyü də bildirilir.
Məlumatda həmçinin ‘‘Zeytun Budağı’’ әmәliyyatının planlaşdırıldığı şәkildә davam etdirildiyi də vurğulanıb.
Әlaqәli Xәbәrlәr

Daha 6.5 milyon doza peyvənd İstanbula gətirilib
Türkiyənin Çindən aldığı koronavirus peyvəndinin ikinci hissəsi Ankaraya çatdırılıb.