Rәcәb Tayyib Әrdoğan vә Qәtәr Әmiri arasında telefon danışığı olub

Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, tәrәflәr Suriyadakı son vәziyyәti vә Türkiyә Silahlı Qüvvәlәrinin Afrindә terror tәşkilatlarına qarşı apardığı ‘‘Zeytun Budağı’’ әmәliyyatını müzakirә ediblәr.

896548
Rәcәb Tayyib Әrdoğan vә Qәtәr Әmiri arasında telefon danışığı olub

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә Qәtәr Әmiri Şeyx Tәmim bin Hәmad Әl Sani arasında telefon danışığı olub.

Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, tәrәflәr Suriyadakı son vәziyyәti vә Türkiyә Silahlı Qüvvәlәrinin Afrindә terror tәşkilatlarına qarşı apardığı ‘‘Zeytun Budağı’’ әmәliyyatını müzakirә ediblәr.

Rәcәb Tayyib Әrdoğan әmәliyyat zamanı dinç sakinlәrin zәrәr görmәmәsi üçün hәr növ tәdbirin  görüldüyünü vurğulayıb.

Qәtәr Әmiri Şeyx Tәmim isә öz növbәsindә terror tәşkilatları ilә mübarizә mәsәlәsindә Turkiyәnin yanında olduqlarını bildirib.

 Qeyd edәk ki, görüşdә hәmçinin ikitәrәfli münasibәtlәrin hәr sahәdә inkişaf etdirilmәsi movzusuna da toxunulub.



Әlaqәli Xәbәrlәr