“ABŞ, Ərdoğan-Trump görüşüylə əlaqəli doğru məlumat yaymayıb”

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Donald Trump arasında dünən baş tutan telefon danışığından sonra, ABŞ tərəfindən görüşlə əlaqəli şərhlərdə doğru məlumatlar əks etməyib. Prezidentin mətbuat xidmətindən bildirilib.

896764
“ABŞ, Ərdoğan-Trump görüşüylə əlaqəli doğru məlumat yaymayıb”

Məlumata görə, Afrin əməliyyatı ilə əlaqəli fikir mübadiləsi edilən telefon danışığında Trump, ‘artan şiddətdən narahatlıq duyulur’ deyə bir söz səsləndirməyib.

Prezident Ərdoğanın terror təşkilatı PYD/YPG-yə silah dəstəyinə son qoyulmasının lazım gəldiyini ifadə etdiyi telefon danışığında, Trump terror təşkilatlarına daha silah vermiyəcəklərini qeyd edib. Türkiyədə tətbiq olunan fövqəladə vəziyyət mövzusu isə gündəliya daxil edilməyib.

 



Әlaqәli Xәbәrlәr