“Müttəfiqlərimizin bu təşkilata verdiyi dəstəyə son qoymalarını istəyirik”, İ.Kalın

Türkiyə Dövlət Aparatının sözçüsü İbrahim Kalın “CNN İnternational” telekanalında Christiane Amanpourun suallarına cavab verib.

896039

Afrin bölgəsindən Türkiyəyə 700-ə yaxın hücum olduğunu vurğulayan Kalın “Biz belə bir terror təşkilatının sərhədlərimizin bir addımlığında muxtariyyət qazanmasına yaxud dövlətə oxşar bir təşkilatlanma qurmasına dözüm göstərə bilmərik” deyib.

ABŞ ilə əlaqələrin PYD-nin zərər verə bilməyəcəyi qədər önəmli olduğunu qeyd edən Kalın deyib ki, Türkiyə-ABŞ birgə çalışsa daha böyük strategiya mənfəətlərimiz olar. ABŞ rəhbərliyinin atması vacib olan konkret addım son iki ildə PYD/YPG-yə verdiyi bütün silahları təhvil almaqdır. İki ölkə əsgərlərinin qarşı-qarşıya gəlməsi bəhs mövzusu deyildir.

İbrahim Kalın Türkiyənin Suriyada Rusiya ilə birgə işləməyə davam edəcəyini bildirərək, “Müttəfiqlərimizin bu təşkilata verdiyi dəstəyə son qoymalarını istəyirik” deyib.

Türkiyə Dövlət Aparatının sözçüsü İbrahim Kalın "Zeytun Budağı" əməliyyatının Suriya kürdlərinə qarşı deyil, terror şəbəkəsinə qarşıdır" dedi.

Әlaqәli Xәbәrlәr