Rәcәb Tayyib Әrdoğan vә Dövlәt Baxçalı arasında telefon danışığı olub

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan  vә Milliyәtçi Hәrәkat Partiyasının (MHP) sәdri Dövlәt Baxçalı ‘‘Zeytun Budağı’’ әmәliyyatını müzakirә ediblәr.

894165
Rәcәb Tayyib Әrdoğan vә Dövlәt Baxçalı arasında telefon danışığı olub

Mәlumata görә, Әrdoğan vә Baxçalı arasında baş tutan telefon danışığı zamanı  Türkiyә Silahlı Qüvvәlәrinin  Suriyanın Afrin bölgәsindә PKK/KCK/PYD-YPG vә DEAŞ-a qarşı apardığı әmәliyyat müzakirә olunub.

Dövlәt başçısı Әrdoğana zәng edәrәk dәstәyini ifadә edәn Baxçalı hәyata keçirilәn әmәliyyatın çok önәmli olduğunu deyib.

Әrdoğan verdiyi dәstәyә görә Baxçalıya tәşәkkür  edib vә terror tәhlükәsinә qarşı beynәlxalq hüquq normalarına uyğun şәkildә aparılan әmәliyyatın Türkiyәnin milli tәhlükәsizliyini tәmin etmәklә yanaşı bölgә sülhünә dә töhfә verәcәyinә toxunub.



Әlaqәli Xәbәrlәr