Çavuşoğlu təcili Bağdada getdi

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu iraqlı həmkarı İbrahim Cəfərinin dəvətilə Bağdada getdi.

893302
Çavuşoğlu təcili Bağdada getdi

   Suriyanın Afrin bölgəsindəki terror yuvalarına dünən açılan hərəkatdan sonra reallaşan bu səfər regionda müəyyən proseslərə təkan olacaq.     

  Mövlud Çavuşoğlu İbrahim Cəfəri ilə görüşdən sonra birgə mətbuat konfransında çıxış edəcək.  

  Türkiyə Xarici İşlər naziri İraqın Baş naziri Heydər İbadi və İraq Nümayəndələr Məclisinin sədri Səlim Cuburi ilə də görüşəcək. Söhbətlər zamanı regiondakı son proseslər və İraq-Türkiyə münasibətlərinə toxunulacaq.

  İraqda rəsmi görüşlərdən sonra M.Çavuşoğlu türkmən siyasətçilərlə də bir araya gələcək.



Әlaqәli Xәbәrlәr