Türkiyə ordusu Suriyanın Afrin bölgəsində hərbi əməliyyat keçirəcək

Özәl televiziya kanallarından birinin verdiyi məlumata görə, bunu Türkiyənin müdafiə naziri Nurəddin Canikli bəyan edib.

892156
Türkiyə ordusu Suriyanın Afrin bölgəsində hərbi əməliyyat keçirəcək

Türkiyə ordusu Suriyanın Afrin bölgəsində hərbi əməliyyat keçirəcək.

Özәl televiziya kanallarından birinin verdiyi məlumata görə, bunu Türkiyənin müdafiə naziri Nurəddin Canikli bəyan edib.

Nurәddin Canikli deyib ki, bölgənin PKK terror təşkilatının Suriya qolu olan PYD  terror təşkilatından təmizlənməsi üçün hərəkatla bağlı lazımı şərtlər formalaşdırılır: "Afrində bütün terror ocaqları aradan qaldırılacaq".

Canikli ABŞ Dövlәt Departamentinin  mәtbuat katibi Heather Nauertin ‘‘Türkiyәni belә bir addım atmağa çağırırıq. Bütün tәrәflәr terror tәşkilatı DEAŞ-a qarşı mübarizәyә yönәlmәlidir’’ şәklindәki açıqlamasını ‘‘Mәnasız qiymәtlәndirmә’’ adlandırıb. 



Әlaqәli Xәbәrlәr