Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan müqavimətin simvoluna çevrilən Fevzi əl-Cuneydini qəbul etdi

Qəbulda Baş nazir Binəli Yıldırım da iştirak etdi.

891072
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan müqavimətin simvoluna çevrilən Fevzi əl-Cuneydini qəbul etdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Fələstində ABŞ prezidenti Donald Trampın Qüdsü “İsrailin paytaxtı”  kimi tanımasından sonra baş verən hadisələrdə müqavimətin simvoluna çevrilən Fevzi əl-Cuneydini qəbul etdi.

Cuneydi Cumhurbaşqanlığı Külliyəsində baş tutan qəbula atası Məhəmməd əl-Cuneydi ilə gəldi.

Qəbulda Baş nazir Binəli Yıldırım da iştirak etdi.

Ərdoğan Cuneydinin göstərdiyi müqavimətin yer aldığı, Anadolu xəbər agentliyinin “İlin şəkilləri” səsverməsində xəbər kateqoriyasında birinci yeri tutan Wisam Hashlamounun “Müqavimətin simvolu 16 yaşındakı uşaq” başlıqlı şəklini göstərərək, “Bu şəkil birinci seçildi. Mənə “Hansını seçirsən” deyə soruşdular. Mən də bunu seçdim.” dedi.

Qəbulun sonunda Dövlət başçısı Ərdoğan və Baş nazir Yıldırım Cuneydi və atası ilə xatirə şəkli çəkdirildi.



Әlaqәli Xәbәrlәr