Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a sərt reaksiya göstərdi

Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın seçiminin müttəfiqlərimi yoxsa terror təşkilatımı olduğu barədə tərəfini bəlli etməsinin vacibliyini dilə gətirib.

889180
Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a sərt reaksiya göstərdi

Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın seçiminin müttəfiqlərimi yoxsa terror təşkilatımı olduğu barədə tərəfini bəlli etməsinin vacibliyini dilə gətirib.

Nazir bunu Kanadanın Vankovur şəhərində keçirdiyi görüşləri zamanı ABŞ-ın “Suriyada sərhəd qoşunları” ilə əlaqəli açıqlamasında deyib.

Çavuşoğlu ABŞ-ın tərəfini bəlli etməsinin vacibliyini dilə gətirərək bildirib ki, ABŞ-ın seçimi bir terror təşkilatıdırsa Türkiyənin də mövqeyi ona görə fərqli olar.

Daha əvvəl ABŞ prezidenti Donald Trampın dövlət başçısı Rəcəb Tayyib Ərdoğana “YPG-yə artıq silah verilməyəcəyini” dəfələrlə söylədiyini xatırladan Çavuşoğlu bu açıqlamadan sonra ABŞ-ın müxtəlif qurumlarından dəyişik açıqlamalar verildiyini qeyd edib.

“Terror təşkilatlarına qarşı ölkəmiz tədbirlərini görəcəkdir. Arxasında kim olarsa olsun; ABŞ yaxud başqa bir ölkə olması bizi əlaqədar etməz. ABŞ tək başına koalisiya adından açıqlama verə bilməz, çünki biz də koalisiyanın tərkibindəyik”-deyə Çavuşoğlu vurğulayıb.

Çavuşoğlu PKK-nın arxasında başqa ölkələrin olduğunu, Türkiyənin PKK ilə necə mübarizə apardı isə YPG ilə də aparacağını qeyd edərək, Türk millətinə qarşı olan bütün təhdidləri bərtərəf etməyin ən böyük vəzifə olduğunu söyləyib.

Türkiyənin terror təşkilatı YPG-yə qarşı əməliyyatlarına heç kəsin mane ola bilməyəcəyini qeyd edən Çavuşoğlu “Hazırda bu mövzuda ABŞ-ın da Qərbin də dürüst olması vacibdir: Suriyanı bölməkmi istəyir, yoxsa bu ölkənin vahidliyinimi?” deyə sual edib.

Qeyd edək ki, Xarici işlər naziri Koreya yarımadası təhlükəsizlik və sabitlik mövzulu xarici işlər nazirlərinin yığıncağında iştirak etmək üçün Kanadada səfərdədir.



Әlaqәli Xәbәrlәr