"ABŞ Türkiyəyə düşmənlikdən vaz keçməlidir", B.Yıldırım

Ankarada Türkiyə Əsnafçılar Görüşündə Baş nazir deyib:

888939
"ABŞ Türkiyəyə düşmənlikdən vaz keçməlidir", B.Yıldırım

  Türkiyənin Baş naziri Binəlı Yıldırım Amerika Birləşmiş Ştatlarının Türkiyəyə düşmənlikdən vaz keçməsini məsləhət görüb.  

  Ankarada Türkiyə Əsnafçılar Görüşündə Baş nazir deyib:

  "Terror təşkilatlarına regionda imperialist məqsədləri olan ölkələr açıq-aşkar dəstək verirlər. Kimə və haraya qarşı? Türkiyəyə qarşı. Məqsəd Türkiyənin sabitliyi, inkişafına maneə törətmək və ölkənin bölgədəki problemləri həlletmədə ortaya qoyduğu qabiliyyəti ortadan qaldırmaqdır… NATO üzvü olan Amerika Birləşmiş Ştatları Türkiyənin sərhədlərini qoruyacağının təminatçısı olduğu halda terror təşkilatları ilə bir olub hərbi ittifaq yaradır. Bunun mənası terror təşkilatının arxasından Türkiyəni nişan alıb vurmaqdır. ABŞ Türkiyəyə düşmənçilikdən vaz keçməlidir… Suriyanın şimalında ABŞ-ın əlilə terror dəhlizi yaratmaq tələb olunur. Bu torpaqlar şəhidlərimizin qanları ilə suvarılmış torpaqlardır. Ona görə qarşımızdakı təhdid, adı nə olursa olsun, kimdən gəlirsə gəlsin, qanımızın son damlasına qədər ölkəmizi qoruyacağıq. Müstəqilliyimizi, istiqlaliyyətimizi əsla və əsla əldən verməyəcəyik… Türkiyə 2017-ci ildə qlobal və ölkə şərtlərinə baxmayaraq, bir möcüzəyə imza atdı: keçən ilin üçüncü rübü 11.2 faiz inkişaf etdi. Bu, təsadüfi deyil. Görülən tədbirlərin nəticəsidir… Bu inkişafla dünyanın ən sürətli böyüyən ölkələrinin üzərində də yer alacağıq, birinci olsaq belə, təəccüblənməyin".



Әlaqәli Xәbәrlәr