Zirəhli texnikalardan ibarət polis konvoyu Suriya ilə sərhəddə yerləşən Ceylanpınarına yeridildi

Türkiyə-Suriya sərhədində yerləşən  Şanlıurfa vilayətinin Ceylanpınarı qəsəbəsinə zirəhli texnikalardan ibarət polis konvoyu yeridildi.

888145

Polis İdarəsinə məxsus zirəhli texnikalar fit çalaraq qəsəbədə dolanıb.  Yol hərəkətindəki vətəndaşların da fit çalaraq dəstək verdiyi konvoy sərhəd məntəqəsinin sifir nöqtəsində yerləşən məhəllələrə də yeridilib.

Ceylanpınar qəsəbəsindəki Polis İdarəsinin açıqlamasında isə konvoyun “vətəndaşa güvən, düşmənə qorxu salması” məqsədilə yeridildiyi bildirilib.

Polis İdarəsi dəstələrinin ehtiyatda olduğu vurğulanan açıqlamada xalqın dincliyi və təhlükəsizliyi üçün 24 səət vəzifədə olduğu xatırladılıb.

Әlaqәli Xәbәrlәr