Türkiyə terrora dəstək olduğuna görə ABŞ-a reaksiya göstərdi

ABŞ-nın Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırıldı.

885683
Türkiyə terrora dəstək olduğuna görə ABŞ-a reaksiya göstərdi

Türkiyə ABŞ-a  terror təşkilatı PKK-nın Suriya qolu PYD-yə silahlı təlim keçməkdə davam etməsi səbəbiylə diplomatik reaksiya göstərdi.

ABŞ-ın Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili Filip Kosnet Xarici İşlər Nazirliyinə çağırıldı.

Kosnetə Vaşinqton rəhbərliyinin terror təşkilatı tərəfindən "Şimali Ordusu" olaraq təsvir edilən dırnaqarası təşkilata silahlı təlim daxil hərbi dəstək verilməsindən duyulan narahatlıq çatdırıldı.

ABŞ-ın xüsusi qüvvələrinin təlim keçiyi bu dırnaqarası qüvvənin 70 faizinin PYD/PKK üzvü terroristlərdən ibarət olacağı bildirilir.


Etiketlәr: #PKK , #terror

Әlaqәli Xәbәrlәr