R.T.Ərdoğan:“ABŞ-ın ədalətinə inanmıram”

Prezident R.T.Ərdoğan Beştəpə Millət Konqres və Mədəniyyət Mərkəzində təşkil edilən Ədalət Şurasına qatılıb.

885456
R.T.Ərdoğan:“ABŞ-ın ədalətinə inanmıram”

Prezident Ərdoğan yığıncaqda etdiyi çıxışında ədalət mövzusuna diqqət çəkib və bunun islam dinində böyük əhəmiyyətə sahib olduğunu xatırladaraq: “Peyğəmbər həzrətləri buyurmuşdu: “Allah ədalətli olanları sevər. Dövləti idarə edənlərin birinci vəzifəsi ədalət qoruyub saxlamaqdır. Bizim mədəniyyətimiz ədalət üzərində qurulub. Qərb ölkələrində azadlıq və demokratiya axtarışlarının əsas səbəbi də ədalət axtarışıdır. Türk tarixində adil olan bir çox dövlət adamının olduğunu bilirik. Səlcuqlu və Osmanlı dövrünün ədalət orqanları, yaşadıqları əsrlərdən daha irəli bir anlayışa sahibdilər. Osmanlı dövlətinin 600 il geniş bir coğrafiyada hökm sürə bilməsinin əsas səbəblərindən biri dövlətin ədalətdən imtina etməməsi idi. Hazırda Osmanlının çəkildiyi ərazilərdə yaşanan ağrılar, zülmlər, qırğınlar, cinayətlər, ədalətsizliyin məhsuludur”.

ABŞ-nın, 15 İyul 2016dakı xain və qanlı çevriliş cəhdinin baş aktyoru və Fətullahçi terror təşkilatının quldurbaşçısı F.Gülənə dəstək verdiyini ifadə edən prezident Ərdoğan: “ABŞ bu quldurbaşçısını ekstradisiya tələbimizə biganə qalarkən biz onların terroristəlirin təhvil verilməsinə dair tələblərinə əməl etdik. İstədikləri 12 terroristi təhvil verdik. Fəto ilə əlaqəli 4500 qədər sənəd göndərdik. Bütün bunlar, ABŞ-nın qanunlara əməl etmədiyini göz önünə sərir”.



Әlaqәli Xәbәrlәr