"Rusiya və İranın bu mövqeyi Türkiyəni qane edir", İ.Kalın

Türkiyə dövlət aparatı sözçüsü İbrahim Kalın İran, İraq və Suriyadakı proseslər və Rusiyadan S-400 hava müdafiə sistemi alınması məsələləri barədə danışıb.

881810
"Rusiya və İranın bu mövqeyi Türkiyəni qane edir", İ.Kalın

  Mətbuata açıqlama verən İ.Kalın deyib: “İranda 2017-ci ilin 28 dekabrından iqtisadi səbəblərdən başlanan və sonra rejim əleyhinə çevrilən aksiyalara xarici müdaxiləyə qarşıyıq... Bəziləri İranı kənardan qarışdırmağa çalışır. İranlı rəsmilər vəziyyətə hakimdir. Məsələnin qısa müddətdə həll olacağına ümid edirik. İranın sülh və sabitliyinin təmini bizim üçün mühümdür.

  İraqın şimalındakı türkmənlərə qarşı hücumlara gəlincə isə, demək istəyirəm ki, İraq hökuməti bu hücumlarla bağlı təcili cinayət işi başlamalı və bu hadisələrin qarşısının alınması üçün lazımi tədbirlər görməlidir.”

  Rusiyanın Soçi şəhərində keçiriləcək Suriya Milli Uzlaşma Görüşlərinə də toxunan İbrahim Kalın deyib: “Soçidə zirvə toplantısında separatçı terror təşkilatı PKK-nın Suriya davamı PYD/YPG iştirak etməyəcək. Bu, ancaq biz istədiyimiz üçün deyil, konqresin doğru nəticələr hasil etməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Rusiya və İranın bu mövqeyi bizi qane edir. Suriya kürdlərini PYD və ya YPG təmsil edə bilməz”.

  Türkiyə dövlət başçısı sözçüsü Rusiyadan alınan hava müdafiə sistemlərindən də danışıb: “S-400 bütöv bir müdafiə sistemidir. Türkiyədə Rusiya hərbi bazası yaratmaq fikrimiz yoxdur, amma bu, texniki əməkdaşlığa bir yol olacaqdır. Bizim əsgərlərimiz Rusiyaya, onlarınkı buraya gələcək… NATO ölkələri silah satışı məsələsində Türkiyəyə üstüörtülü embarqo tətbiq edir… Biz həm NATO-da müttəfiqik, həm də strateji tərəfdaşıq, amma texnoloji mübadilədə, kritik məsələlərdə ortaya fərqli davranışlar çıxır. Təbii ki, biz öz milli maraqlarımızı düşünmək məcburiyyətindəyik. S-400 Türkiyənin sərhədlərini, şəhərlərini qorumaq üçün qurulan və ölkəyə ola biləcək hücumlara qarşı bir müdafiə sistemidir".



Әlaqәli Xәbәrlәr