“ABŞ-ın Qüdslə əlaqəli təzyiqi qarşısında Türkiyə şərəfli mövqe ortaya qoydu”, Ə. Zuhri

“Həmas”ın sözçüsü Sami Əbu Zuhri Türkiyənin Malatya şəhərində keçirilən “Əl-Əqsa həmrəylik gecəsi”ndə çıxış edib.

879757
“ABŞ-ın Qüdslə əlaqəli təzyiqi qarşısında Türkiyə şərəfli mövqe ortaya qoydu”, Ə. Zuhri

“Həmas”ın sözçüsü Sami Əbu Zuhri Türkiyənin Malatya şəhərində keçirilən “Əl-Əqsa həmrəylik gecəsi”ndə çıxış edib.

Sözçü tədbirdə etdiyi çıxışda ABŞ prezidenti Donald Trampın Qüds qərəranın onları kədərləndirdiyini bildirərək deyib ki, bizim üçün etibarı  olmayan bu qərarın çox təhlükəli olduğunu bilirik. Ancaq qərarın ümmətin oyanmasına amil olduğunu görürük. Qərar İslam dünyasında Qüdsə qarşı ciddi maraq doğurdu. İslam dünyası Trampın qərarının əleyhinə olduğunu göstərmək üçün məydanları doldurdu. Qüds İslam torpağıdır, ABŞ torpağı deyildir. Müsəlmanlar olaraq vəzifəmiz sadəcə Trampın qərarının əleyhinə olmaq deyil Əl-Əqsanı yenidən azadlığına qovuşdurmaqdır.

"Həmas”ın sözçüsü Sami Əbu Zuhri ABŞ-ın təzyiqinə baxmayaraq Türkiyənin qeyrətli mövqe ortaya qoyduğunu vurğulayaraq deyib ki, ABŞ-ın təhdidləri və tətbiq etdiyi terrora baxmayaraq Türkiyənin bu mövqeyi qeyrətli, şərəfli olmağın nə qədər dəyərli olduğunu göstərdi. Türkiyə dünyaya çox güclü bir mesaj çatdırdı.

Malatya şəhərində keçirilən “Əl-Əqsa həmrəylik gecəsi”ndə Fələstin Alimlər Birliyinin üzvü Məhəmməd Hayr Musa, qeyri-hökumət təşkilatlarının nümayəndələri və vətəndaşlar qatılıb.



Әlaqәli Xәbәrlәr