Rәcәb Tayyib Әrdoğan vә Papa Franciscus arasında telefon danışığı olub

Görüşdә Qüdsün statusunun qorunmasının vacibliyi vurğulanıb.

878410
Rәcәb Tayyib Әrdoğan vә Papa Franciscus arasında telefon danışığı olub

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan vә Papa Franciscus arasında telefon danışığı olub.

Görüşdә Qüdsün statusunun qorunmasının vacibliyi vurğulanıb.

Görüşdә  hәmçinin ABŞ prezidenti Donald Trampın  Qüdsü İsrailin paytaxtı olaraq tanıma qәrarına qarşı  BMT Baş Mәclisindә müzakirәyә çıxarılan Qüds layihәsinin lehinә 128 ölkәnin sәs vermәsinin sevindirici hal olduğu qeyd olunub.

Rәcәb Tayyib Әrdoğan üç sәmavi din üçün dә müqәddәs olan  Qüdsün statusunun qorunması üçün birgә sәyin  әhәmiyyәtinә toxunub.

Dövlәt başçısı Әrdoğan vә Papa Franciscus 2018-ci ildә bütün bәşәriyyәtә sülh, rifah vә әmin amanlıq arzulayıblar.



Әlaqәli Xәbәrlәr