Türkiyә vә Tunis prezidentlәri birgә mәtbuat konfransı keçirdilәr

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Afrika turunun son dayanacağı Tunisdә sәfәrdәdir.

876952
Türkiyә vә Tunis prezidentlәri birgә mәtbuat konfransı keçirdilәr
erdogan-es-sibsi.jpg

Әrdoğan Tunis prezidenti Beji Kaid әs-Sibsi tәrәfindәn rәsmi mәrasimlә qarşılanıb.

Dövlәt başçısı Әrdoğan vә Tunis prezidenti tәkbәtәk görüş keçirdikdәn sonra heyәtlәrarası görüşә sәdrlik etdilәr.

Әrdoğan vә әs-Sibsinin iştirakı ilә iki ölkә arasında әmәkdaşlıq haqqında müqavilәlәr imzalanıb.

Dövlәt başçısı Әrdoğan keçirilәn birgә mәtbuat konfransında görüşlәrdә  ikitәrәfli münasibәtlәr vә bölgәdәki problemlәr mövzularının müzakirә olunduğunu bildirәrәk әmәkdaşlığı  irәli pillәlәrә qaldırmaq istәdiklәrini qeyd edib.

Әrdoğan iki ölkә arasında ticarәtin tarazlı şәkildә artırılması mövzusunda razılıq әldә etdiklәrini bildirib.

Rәcәb Tayyib Ərdoğan Türkiyənin Tunisin terrorla mübarizəsini dәstәklәdiyini vurğulayıb.

Dövlәt başçısı  Fetullahçı Terror Təşkilatı ilə (FETÖ) mübarizəyә verdiyi dəstəyә görә  Tunis orqanlarına minnətdarlığını bildirib.

Әrdoğan çıxışı zamanı Qüds mәsәlәsinә dә toxunaraq bildirib ki: ‘‘Türkiyә vә Tunis bunu deyir: ‘‘Qüds bizim qırmızı xәttimizdir.  Qüdsün tarixi statusuna qarşı atılan addımlar qәbuledilmәzdir.’’ Bunu İstanbulda keçirdiyimiz İslam Әmәkdaşlıq Tәşkilatının Qüdslә bağlı fövqәladә iclasında da vurğuladıq. Fәlәstinә olan dәstәyimizi davam etdirәcәyik’’.

Rәcәb Tayyib Әrdoğan  BMT Tәhlükәsizlik Şurasının 5 daimi üzvü arasında bir müsәlman ölkәnin olmadığına da diqqәt çәkib.



Әlaqәli Xәbәrlәr