“Rusiya ilə viza rejimi sadələşdirilsin”, İ.Kahraman

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman Rusiya ilə viza rejiminin sadələşdirilməsini istəyib.

875034
“Rusiya ilə viza rejimi sadələşdirilsin”, İ.Kahraman

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman Rusiya ilə viza rejiminin sadələşdirilməsini istəyib.

Kahraman Pakistanın paytaxtı İslamabadda Türkiyə, Rusiya, Əfqanıstan, İran və Çinin məclis sədrlərinin iştirakı ilə keçirilən “terrorla mübarizə və regional əməkdaşlıq” mövzulu konfrans çərçivəsində Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə bir araya gəlib.

Türkiyə vətəndaşları üçün Rusiya ilə viza rejiminin sadələşdirilməsini istədiklərini vurğulayan Kahraman bildirib ki, 2017-ci ildə Rusiyadan Türkiyəyə gələn turist sayı 4 milyonu keçdi. 2019-cu il iki ölkə arasında mədəniyyət və turizm ili olaraq elan edildi. Bu xüsusi ilin ölkələrimiz arasındakı əlaqələri inkişaf etdirməsinə ümid edirik.

Kahraman Moskvada Türk Mədəniyyət Mərkəzi açmaq istədiklərini də dilə gətirib.

Digər tərəfdən Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Kahramanın dəvətinə görə bir qrup rus millət vəkilinin 2018-ci ildə Türkiyəyə səfər edəcəyini bildirib.

Moskva ilə Ankara arasındakı əlaqələrin inkişaf etdiyinə diqqət çəkən Volodin  millət vəkillərinin iki ölkə liderlərinin imzaladığı sazişlərlə əlaqəli əsasları dəqiq şəkildə həll etmələrinin vacibliyini dilə gətirib.



Әlaqәli Xәbәrlәr