Rәcәb Tayyib Әrdoğan Almaniya vә Fәlәstin prezidentlәri ilә telefon әlaqәsi saxlayıb

Bu barәdә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

874083
Rәcәb Tayyib Әrdoğan Almaniya vә Fәlәstin prezidentlәri ilә telefon әlaqәsi saxlayıb

Türkiyәnin dövlәt başçısı Rəcəb Tayyib Ərdoğan  Almaniya prezidenti Frank-Walter Steinmeier və Fələstin prezidenti Mahmud Abbasla telefon әlaqәsi saxlayıb.

Bu barәdә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Mәlumata görә, hәr iki görüşdә Qüds mәsәlәsi müzakirә olunub.

Telefon danışıqlarında BMT Baş Mәclisindә keçirilәn sәsvermә nәticәsinin bölgәnin sülh vә sabitliyi baxımından böyük әhәmiyyәt daşıdığı vurğulanıb.

Ərdoğan telefon görüşündə almaniyalı hәmkarına   BMT Baş Məclisində ABŞ prezidenti Donald Trumpın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını heçə endirən qətnamə layihəsinə dəstək verdiyinə görə təşəkkür edib.

Fələstin prezidenti  Abbas da  Qüds məsələsində fələstinlilərə verdiyi dəstəyə görə Prezident Ərdoğanın simasında bütün Türk xalqına tәşәkkürünü bildirib.



Әlaqәli Xәbәrlәr