Ankarada əhəmiyyətli təhlükəsizlik yığıncağı keçirilir

İraq Baş qərargah rəisi və Amerikalı komandirlər Ankarada Baş qərargah rəisliyində General Hulusi Akar ilə bir araya gəlib.

868307
Ankarada əhəmiyyətli təhlükəsizlik yığıncağı keçirilir

Yığıncağa, Baş qərargah rəisi General Hulusi Akar başda olmaqla İraq Baş qərargah rəisi Osman Qanimi, ABŞ Mərkəzi Qüvvələr Komandiri General Cozef Votel və ABŞ-nın Avropa Qoşunları üzrə  Komandiri General Curtis Scaparrotti qatılıb.

Toplantıda Suriya, separatçı terror təşkilatı PKK-nın Suriyadakı qolu PYD / YPG-nin nəzarətindəki Afrində cərəyan edən proseslər, PYD-nin tərksilah edilməsi kimi mövzular müzakirə edilir.

Yığıncaqda əsas müzakirə mövzusunun, Türkiyənin PYD-nin tərksilah edilməsinə dair tələbləri və bu sahədə atılası addımlar olduğu qeyd edilir.

Komandirlər yığıncağında NATO-nun hərbi təlimi  zamanı  baş verən qalmaqala da cavab axtarılacağı, məhz NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı komandiri general Curtis Scaparrottinin NATO-da daha belə bir qalmaqalın yaşanmasının qarşısını almaq üçün həyata keçirilən tətbirlər haqqında General Akara məlumat verəcəyi gözlənilir.

Qeyd edək ki, 8 Noyabrda NATO-nun Norveçdə start götürən hərbi təlimi zamanı, Türkiyə Respublikasının banisi böyük öndər Mustafa Kamal Atatürk və Prezident Rəcəb Tayyib Ərdoğan ilə əlaqəli qəbul edilməz rəftar sərgilənmişdi. Hollandiyada isə NATO qulluqçularından biri prezident Ərdoğanın adına yaratdığı saxta ictimai mediada hesabında NATO əleyhinə təhrikedici yazılar yazmışdı.



Әlaqәli Xәbәrlәr