"İsrail son prosesi şiddəti artırmaq üçün fürsət kimi görür",R.T.Ərdoğan

Ərdoğan və Putin birgə mətbuat konfransı keçirdilər.

866212
"İsrail son prosesi şiddəti artırmaq üçün fürsət kimi görür",R.T.Ərdoğan

Türkiyə ilə Rusiya arasındakı əlaqələrin inkişafı hər sahədə davam edir. Bu siyasi ahəng bəşəri, ticarət, enerji və turistik əlaqələrə də əks edir.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rusiyalı həmkarı Vladimir Putin ilə görüşdən sonra keçirilən mətbuat konfransında dedi.

Putin ilə regional problemlərdən də danışdıqlarını deyən Ərdoğan vurğuladı ki, ABŞ prezidenti Trumpın Qüdsü İsrailin paytaxtı elan etmə qərarı bütün dünyada əks-səda doğurdu. Müsəlman, xristian və məntiqli yəhudilər də xəyalqırıxlığı yaşayır. 

Ərdoğan S-400 zenit-raket mövzusuna da toxundu və "Bizim müvafiq orqanlarımız lazımi işləri görəcək və bu həftə işi başa çatdıracaq", — deyə bildirdi.

Qonaq prezident Putin isə Suriya məsələsində Türkiyə ilə sıxı əməkdaşlığın davam etdiyini və bu torpaqların böyük hissəsinin terrorçulardan təmizləndiyini söylədi.

Putin Suriyada həll yolu üçün Ərdoğanın cəhdlərini təqdir etdiyini bildirdi, Qüds məsələsində isə ABŞ rəhbərliyini "sülh prosesinə zərər verən qərar" qəbul etdiyinə görə tənqid etdi.

Putin Türkiyəyə səfərindən əvvəl Suriyanın Lazkiyə şəhərinə gözlənilməyən səfər reallaşdırmış və bu ölkədə yerləşən rus hərbi dəstələrin çəkilməsi üçün təlimat vermişti.



Әlaqәli Xәbәrlәr