İki lider son bir ayda üçüncü, bu il ərzində isə yeddinci dəfədir görüşür
Rusiya prezidenti Vladimir Putin bugün Ankaraya səfərə gəlir.

Rusiya prezidenti Vladimir Putin bugün Ankaraya səfərə gəlir.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin ilə Cümhurbaşqanlığı iqamətgahında görüşəcək. Görüşdə ABŞ-ın provokasiyası və Suriyadakı son vəziyyət dəğərləndiriləcək.
İki lider ABŞ prezidenti Donald Trumpun Qüdsü İsrailin paytaxtı olaraq tanımasından sonra cümə axşamı günü telefonla danışmışdı. Ərdoğan və Putin Orta Şərqdə gərginliyin dərinləşməməsi barədə həmfikirdir. Görüşdə sabitliyin və sülhün təmin edilməsi üçün atılacaq addımlar müzakirə ediləcək.
Ərdoğan və Putinin gündəmində Suriyadakı son vəziyyət, İdlibdəki münaqişəsiz bölgə, ehtimal olunan Afrin əməliyyatı da yer tutacaq. Həmçinin ortaq enerji layihələri də gündəmə gətiriləcək.
Putin Ankaraya səfərindən sonra Misirə gedəcək və bu ölkənin prezidenti Sisi ilə görüşəcək.
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (18 yanvar)
Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 164 ölüm faktı qeydə alınıb.