Qatillərə dəstək verənlər utanc dənizində boğulacaqlar

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu  Ədalət və İnkişaf Partiyasının İğdır Vilayət Qurultayındakı çıxışında söylədi.

860187
Qatillərə dəstək verənlər utanc dənizində boğulacaqlar

Türkiyə prezidenti və Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının İğdır Vilayət Qurultayındakı çıxışında terrorla mübarizənin qətiyyətlə davam etdiyini bildirdi.
 
 Ərdoğan silah, ölüm, dərd, kədər, qan və təhdid üzərindən oynanılan bütün oyunların dağıldığını bildirərək: "Üzərimizə saldıqları qatil sürüləri vasitəsilə bizi əsir ala biləcəklərini düşünənlər məyus olacaqlar" dedi.
 
 Dövlət başçısı terrorçuları minlərlə tır dolusu silah və sursatla təchiz edənlərin o silahların sahiblərinə çevrildiyi zaman böyük səhv etdiklərini dərk edəcəklərini vurğulayaraq:"Silahların Türkləri, kürdləri, sünniləri, ərəbləri qətlə yetirməsinə görə narahat olmurlar. Ən gözəl şəhərlərin dağılaraq xarabaya çevrilməsindən məmnun olurlar. Tarix ibrət alınmadığında təkrarlanar. Qatillərə dəstək verənlər utanc dənizində boğulacaqlar" deyə danışdı.



Әlaqәli Xәbәrlәr