Mövlud Çavuşoğlu Azərbaycanda rəsmi səfərdədir

Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu  görüşlər keçirir.

858136
Mövlud Çavuşoğlu Azərbaycanda rəsmi səfərdədir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu  Bakıda keçiriləcək  Azərbaycan-Türkiyə-Pakistan  xarici işlər nazirlərinin üçtərəfli toplantısında iştirak edəcək.

Çavuşoğlu ilk növbədə, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edildi. Təxminən yarım saat davam edən görüşdə iki ölkə arasındakı əlaqələrdən danışıldı, regional və beynəlxalq proseslər dəyərləndirildi.

30-da Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri - Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Havaca Məhəmməd Asifin üçtərəfli formatda ilk görüşü olub. Nazirlər üç ölkə arasında üçtərəfli formatda əlaqələrin genişləndirilməsini, beynəlxalq və regional məsələləri müzakirə ediblər. Görüş zamanı tərəflər belə formatlı əməkdaşlığın, xüsusilə energetika, nəqliyyat və başqa sahələr üzrə birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Görüşün yekununda Bakı Bəyannaməsi qəbul edilib. 

Bəyannamədə Azərbaycan, Pakistan və Türkiyənin müvafiq regionlarda əhəmiyyətli və strateji rolunu vurğulanıb. Sənəddə dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət və qəti dəstəkləndiyi, ərazilərindən bir-birilərinə qarşı fəaliyyət məqsədilə istifadə edilməyəcəyi bildirilib. Bəyannamədə münaqişələrin sülh, sabitlik və iqtisadi inkişafa mane olduğu vurğulanaraq, onların beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının uyğun qətnamələri əsasında siyasi yolla həllini tələb etdiyi əksini tapıb. XİN başçıları enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd edərək strateji əhəmiyyətə malik irimiqyaslı nəqliyyat layihələrinin üç dövlətin iqtisadi inkişafı baxımından mənfəətli olacağını, Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracağına əminlik ifadə ediblər. Müdafiə və təhlükəsizlik sahəsinin əhəmiyyəti də sənəddə vurğulanıb.E.Məmmədyarov, M.Çavuşoğlu və H.M.Asif üçtərəfli görüşlərin illik əsasda, əlifba sırası ilə üzv dövlətlərdə müntəzəm olaraq keçirilməsi və növbəti üçtərəfli görüşün 2018-ci ildə qarşılıqlı razılaşdırılmış tarixlərdə İslamabadda keçirilməsi barəsində razılıq əldə ediblər. 

Yeri gəlmişkən, bu görüşdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev ayrı-ayrılıqda M.Çavuşoğlu və X.M.Asifin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı  keçirilən Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli görüşünü yaxşı hadisə kimi dəyərləndirib.

Bundan əlavə, Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü çərçivəsində E.Məmmədyarov türkiyəli həmkarı M.Çavuşoğlu ilə görüşüb. Görüşdə iki dövlət arasında əməkdaşlığın bütün sahələrdə və müxtəlif formatlarda yüksək səviyyəli inkişafından, siyasi əlaqələrin strateji müttəfiqlik səviyyəsindən məmnunluq ifadə edilib.

 



Әlaqәli Xәbәrlәr