R.T.Әrdoğan vә F.W. Steinmeier arasında telefon danışığı olub

Bu barәdә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

857946
R.T.Әrdoğan vә F.W. Steinmeier arasında telefon danışığı olub

Türkiyәnin dövlәt başçısı Rәcәb Taayib Әrdoğan vә  Almaniya prezidenti Frank-Walter-Steinmeier arasında telefon danışığı olub.

Bu barәdә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Görüşdә noyabrın 22-dә Rusiyanın Soçi şәhәrindә Türkiyә, Rusiya vә İranın iştirakı ilә liderlәr sәviyyәsindә keçirilәn zirvә görüşü vә ikitәrәfli münasibәtlәr müzakirә olunub.

Suriyadakı aktual mәsәlәlәrin müzakirә olunduğu görüşdә  Rәcәb Tayyib Әrdoğan hazırkı hәdәfin Suriyada BMT nәzarәtindә azad, әdalәtli vә bütün suriyalıların iştirak edә bilәcәyi seçkilәrin keçirilmәsi olduğunu bildirib.

Әrdoğan BMT Tәhlükәsizlik Şurasının 2254 nömrәli qәtnamәsindә nәzәrdә tutulduğu kimi Suriya xalqının rәhbәrliyindә keçirilәcәk azad, әdalәtli vә şәffaf siyasi prosesә böyük әhәmiyyәt verdiklәrini vurğulayıb.

Soçidә keçirilәcәk Milli Dialoq Konqresinin Cenevrәnin alternativi deyil, tamamlayıcısı olacağını bildirәn Әrdoğan konqresdә  terror tәşkilatlarının iştirak etmәyәcәyini  bildirib.

Türkiyə-Almaniya arasındakı münasibətlərə də toxunulan görüşdə  dövlәt başçısı Rәcәb Tayyib Ərdoğan və Almaniya prezidenti Steinmeier  ikitərəfli münasibətlərə yenidәn  təkan vermənin  əhəmiyyətinə diqqәt çәkib.

İki lider görüşdə bu istiqamətdə qarşılıqlı addımlar atılmasının vacibliyini vurğulayıblar.



Әlaqәli Xәbәrlәr