Türkiyədə  Milli Təhlükəsizlik Şurasının 2017-ci İlə aid son  toplantısı keçirildi

Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurası toplantısının sonunda bəyanat qəbul edildi.

857168
Türkiyədə  Milli Təhlükəsizlik Şurasının 2017-ci İlə aid son  toplantısı keçirildi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrliyi ilə  Milli Təhlükəsizlik Şurasının 2017-ci ilə aid  son  toplantısı keçirildi.
 
 3,5 saat davam edən toplantının sonunda bəyanat qəbul edildi. 
 
 Bəyanatda:"Türkiyə Silahlı Qüvvələri İdlib deeskalasiya zonasında müşahidə missiyasını uğurla davam etdirir. Bu vəzifənin Qərbi Hələb və Afrin yaxınlığında da yerinə yetirilməsi nəticəsində  əmin-aman və vətəhlükəsiz mühit bərqərar olacaq" deyilir.

Milli Təhlükəsizlik Şurasının bəyanatında PKK/PYD-YPG terror təşkilatının Suriyanın demoqrafik quruluşunu üstüörtülü etnik təmizləmə fəaliyyəti ilə  pozmasının və ərazi əldə etmək səylərinin beynəlxalq hüquqa və insan haqlarına zidd , bu səbəbdən də qəbul edilməz olduğu, Türkiyənin öz təhlükəsizliyini təmin etmək məqsədilə xüsusilə, sərhəd bölgəsində lazım olan hər növ tədbiri almağa davam edəcəyi bir daha bildirilir.
 
 Bəyanatda, eyni zamanda, Norveçdə keçirilən "Trident Javelin 2017" adlı NATO hərbi təlimlərində Türkiyə Respublikasının yaradıcısı Qazi Mustafa Kamal Atatürkə və Türk millətinin və dövlətinin təmsilçisi prezident Rəcəb Tayyib Ərdoğana yönəldilmiş düşmən münasibətlərin və ifadələrin heç bir şəkildə qəbul edilməyəcəyi bir daha vurğulanır, məsələ ilə bağlı daha ətraflı istintaqın aparılması gözləntisi qeyd olunur.
 
Bəyanatda Arakan müsəlmanlarına humanitar yardım etmək, evlərinə və yurdlarına dönmələri üçün beynəlxalq ictimaiyyətə bir daha müraciət olunur, Türkiyənin insanlıq imtahanı olan bu faciənin dayandırılması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirməyə davam etdirəcəyi bildirilir.



Әlaqәli Xәbәrlәr