‘‘Türkiyә әn az inkişaf etmiş ölkәlәrin problemlәrini qlobal gündәmdә saxlamağa davam edәcәk’’

Bunu Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu deyib.

855746
‘‘Türkiyә әn az inkişaf etmiş ölkәlәrin problemlәrini  qlobal gündәmdә saxlamağa davam edәcәk’’

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu ölkәnin  xarici siyasәtinin әsas prinsipinin sahibkar vә humanitar sahәdә xarici siyasәt olduğunu bildirib.

Mövlud Çavuşoğlu Antaliyada keçirilәn IX Qlobal Cәnub-Cәnubi İnkişaf Sәrgisi 2017-nin açılış mәrasimindә iştirak edib.

Mәrasimdә açılış nitqi ilә çıxış edәn Mövlud Çavuşoğlu  Türkiyәnin әn az inkişaf etmiş ölkәlәrin problemlәrini  qlobal gündәmdә saxlamağa davam edәcәyini deyib.

Türkiyәnin  bu sahәdә etdiyi 6 milyard dollar mәblәğindәki humanitar yardımla ABŞ-dan sonra ikinci yeri tutduğunu xatırladan Mövlud Çavuşoğlu: "Yoxsulluq, münaqişə vә  təbii fəlakətdәn әziyyәt çәkәnlәrә yardım әlimizi uzadırıq. Yardımlarımızı dünyanın 120 ölkәsindә davam etdiririk’’ deyә qeyd edib.



Әlaqәli Xәbәrlәr