Türkiyədə əcnəbilərə mənzil satışı rəqəmləri zirvəyə yüksəldi

Türkiyədə oktyabr ayında xarici vətəndaşlara 2 min 677 mənzil satıldı. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə  70,9% artıqdır.

854050
Türkiyədə əcnəbilərə mənzil satışı rəqəmləri zirvəyə yüksəldi

Türkiyədə oktyabr ayında xarici vətəndaşlara 2 min 677 mənzil satıldı. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə  70,9% artıqdır.
 
 Bu rəqəm 2013-cü ilnin yanvar ayından etibarən aylıq  bazada ən yüksək səviyyənin göstəricisidir.
 
 Türkiyə Statistika Təşkilatının (TÜİK) mənzil satış statistikasına görə, ötən ilin 10 ayında  əcnəbilərə 14 min 776 mənzil satılıb, bu ilin eyni dövrünə aid rəqəm isə  17 min 918-dir.
 
 Beləliklə, bu ilin yanvar-oktyabr aylaırnda xarici vətəndaşlara mənzil satışlarında 21,3% artım olub.
 
 Mənzil İnkişafı və Sərmayəçilər Dərnəyi (KONUTDER) və "Sur Yapı"nın idarə heyətinin sədri Altan Elmas əcnəbilərə ev satışlarının nizamlı bir şəkildə artdığını, ilin son 2 ayında bu satışlardakı artımın davam edəcəyini bildirdi.
 
 "Özyurtlar Holdinq"in idarə heyətinin sədri Tamer Özyurt  Körfəz bölgəsində əmin-amanlıq və sabitlik pozulduqca təhlükəsiz bölgə olan Türkiyəyə marağın artdığını qeyd edərək: "Türkiyə xarici sərmayəçilər üçün hələ də cazib və etibarlı bir bazardır, rəqəmlər bizə bunu deyir" dedi.



Әlaqәli Xәbәrlәr