İsmayıl Kahraman yenidən Məclis sədri seçildi

Türkiyə Ədalət və İnkişaf Partiyasının (AK Partiya) İstanbul üzrə millət vəkili İsmayıl Kahraman yenidən Türkiyə Böyük Millət Məclisi (TBMM) sədri seçildi.

851308
İsmayıl Kahraman yenidən Məclis sədri seçildi

  Türkiyə Böyük Millət Məclisində 26-cı dövrün 2-ci dövrə Məclis sədri seçkisi keçirilib. Birinci və ikinci turda namizədlərin heç biri TBMM sədri seçilmək üçün lazımli səsi toplaya bilmədiyi, Məclis üzvlərinin üçdə ikisinin (367) lehinə səsi olmadığı üçün səsvermə üçüncü tura qaldı.
 
  509 millət vəkilinin iştirak etdiyi üçüncü turda isə AK Partiyanın İstanbul üzrə millət vəkili İsmayıl Kahraman 289, Cümhuriyyət Xalq Partiyasının İzmir üzrə millət vəkili Zekeriya Temizel 124, Xalqların Demokratik Partiyasının Hakkari üzrə millət vəkili Selma İrmak 37, Milliyyətçi Hərəkat Partiyasının İstanbul üzrə millət vəkili Cəlal Adan 36, İYİ Partiyanın Kayseri üzrə millət vəkili Yusuf Halaçoğlu 7 səs topladı. 16 səs etibarsız sayıldı.
 
  Beləliklə, İsmayıl Kahraman üçüncü tur səsvermədə 276 nəfərdən artıq səs topladığı üçün yenidən Türkiyə parlamentinin sədri seçildi.

 



Әlaqәli Xәbәrlәr