“ABŞ səhv addımlar atmaqda davam edir”, M.Çavuşoğlu

"Türkiyə çox sayda terror təşkilatına qarşı mübarizə edərkən ABŞ separatçı terror təşkilatı PYD / YPG ilə əməkdaşlıq edir." Bunu Xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib.

848991
“ABŞ səhv addımlar atmaqda davam edir”, M.Çavuşoğlu

Türkiyə Böyük Millət Məclisində etdiyi çıxışında ABŞ-ın səhvini davam etdirdiyinə diqqəti çəkən M.Çavuşoğlu : “Terror qruplaşması PYD/YPG ilə əməkdaşlığın bir növ taktika olduğunu irəli sürürlər. Lakin biz belə bəhanələri qəbul edəbilməyəcəyimizi Amerikalı rəsmilərə bildirdik. İraqda edilən səhvlərin Suriyada təkrarlandığını görürük. Türkiyə iki ölkənin sabitlik və gələcəyinə üstünlük verir. Bu səbəbdən də bu ərazilərdə terror təşkilatları yox, Suriya xalqıyla əməkdaşlığa zərurət olduğunu və problemə siyasi həll yolu tapılmasını bütün platformalarda səsləndiririk. Bu günə dək separatçı terror qruplaşması YPG-nin Suriyada DEAŞ-a qarşı mübarizə etdiyi irəli sürülürdü. Ancaq cərəyan edən proseslərə baxdıqda, bunun belə olmadığı, DEAŞ-a qarşı mübarizə yox, bu ərazilərə nəzarəti ələ keçirmək, terror düşərgəsi yaradmaq uğrunda səy etdiyi müşahidə olunur. Bunun ən bariz əlaməti isə DEAŞ ilə güçlü əməkdaşlıq etməsidir. ABŞ başda olmaqla koalisiya tərkibindəki bəzi ölkələr də bunu inkar edə bilmədilər. Bəs bütün ölkələr terror təşkilatları ilə əməkdaşlığın təhlükəli olduğunu yaxşı başa düşməlidilər”. deyə Türkiyənin Xarici işlər naziri M.Çavuşoğlu vurğulayıb.



Әlaqәli Xәbәrlәr