Binəli Yıldırımın ABŞ-a səfəri başa çatdı

Türkiyənin baş naziri Binəli Yıldırım Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Mike Pence ile səmərəli bir görüş keçirdiklərini bildirdi.

845319
Binəli Yıldırımın ABŞ-a səfəri başa çatdı

Türkiyənin baş naziri Binəli Yıldırım New York Baş Konsolluğunda Türk və əqrəba icmalarının nümayəndələri ilə görüşdü.
 
 Yıldırım daha sonra cümə namazı üçün Əyyub Sultan Mədəniyyət Mərkəzinin məscidində müsəlman icmasının nümayəndələri ilə görüşdü, namaz qıldı.
 
 ABŞ səfərini başa vuran baş nazir Türkiyəyə yola düşməzdən əvvəl  jurnalistlərin gündəmə dair suallarını cavablandırdı.
 
 ABŞ vitse-prezidenti Mike Pence ilə görüşünün səmərəli keçdiyini söyləyən Yıldırım:"Ölkələrimiz arasındakı məsələləri müzakirə etdik. Eyni zamanda, regional məsələlər ətrafında da  fikir mübadiləsi apardıq. Münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün səy göstərməyə qərar verdik" deyə danışdı.
 
 Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Guterreslə görüşünü xatırladan Yıldırım:"Guttereslə Arakanda baş verənləri, bu məsələdə BMT-nin daha aktiv rol almasını, o cümlədən, Suriyadakı müharibənin dayandırılması, uzunmüddətli həllin tapılması məsələsində  BMT-nin daha fəal olması kimi  regional məsələləri müzakirə etdik" dedi.
 
Türkiyənin baş naziri ABŞ-da iqtisadiyyat dairələri, investorlar və müsəlman cəmiyyəti nümayəndələri ilə bir araya gəldiyindən, müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərindən də danışdı.

 Baş nazir Binalı Yıldırım özəl təyyarə "CAN" ilə Türkiyəyə yola düşdü.



Әlaqәli Xәbәrlәr