THY ilə Tailand hökuməti arasında müqavilə imzalandı

Türkiyə və Tailand arasında turizm əlaqələrinin artırılması çərçivəsində Türkiyə Hava Yolları (THY) ilə Tailand hökuməti arasında müqavilə imzalandı.

844009
THY ilə Tailand hökuməti arasında müqavilə imzalandı

   THY-nin Asiya və Uzaq Şərq üzrə Satış sədri müavini Tuncay Eminoğlu ilə Tailand hökumətini təmsil edən Beynəlxalq Marketinq sədr müavini Sisuda Vanapinyosakın iştirak etdiyi imzalanma mərasimi İngiltərənin paytaxtı Londondakı Dünya Turizm Sərgisində keçirilib.

  Mərasimdən sonra Tailand Turizm və İdman naziri Kobkarn Vattanavrangkul sərgidə geniş yer tutan THY hücrəsinə də baş çəkərək THY maket təyyarəsinə imza atdı.

  Bir illik müqavilə ilə məqsəd iki ölkə arasında idman, mədəniyyət, qastronomiya və tarix turizminin artırılmasıdır. 

  Türkiyə və Tailand arasında diplomatik münasibətlərin 60-cı ildönümünə təsadüf edən 2018-ci ildə turizmin də qarşılıqlı olaraq canlandırılması planlaşdırılır.



Әlaqәli Xәbәrlәr