48 illik fasilədən sonra bu beynəlxalq təşkilat yenidən Türkiyədədir

“Qırmızı ailə”nin bayrağı Türkiyədən dalğalanır.

840881
48 illik fasilədən sonra bu beynəlxalq təşkilat yenidən Türkiyədədir

  Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasının 4 ildən bir keçirilən seçkili Baş Assambleyası Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə “Türk Kızılayı”ının ev sahibliyilə toplanır.

  5-11 noyabr tarixləri arasında Antalyada keçiriləcək Baş Assambleyada 189 ölkədən 1600 Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri elçisi iştirak edir. 

  "Yaxşı, etibarlı və əmin əllər" devizilə keçirilən tədbirin məqsədi məzlum və ehtiyacı olan insanların iztirabını azaltmaqdır.

  Baş Assambleyada seçki həyəcanı da yaşanacaq. Federasiyanın yeni sədr, müavinləri və idarə heyətinin üzvləri müəyyənləşəcək. Afrika, Amerika Birləşmiş Ştatları, Asiya və Avropa olmaqla 4 qitədən Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri rəhbərlərinin də seçkisi keçiriləcək.

  Türkiyənin Qırmızı Aypara Cəmiyyətinin sədri Kərəm Kınık da Avropa qitə bölgəsinin rəhbərliyi üçün yarışacaq.

  Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası Baş Assambleyası yüz ildən artıq yaşı olan qurumun ali orqanıdır.

  Qeyd edək ki, Türkiyə ən son 1969-cu ildə Qırmızı Xaç və Qızıl Ay Konfransına ev sahibliyi edib. 48 illik fasilədən sonra yenidən bu beynəlxalq təşkilat Türkiyədədir.



Әlaqәli Xәbәrlәr