Ankarada V Beynəlxalq Türkmən Dili Araşdırmalar Seminarı keçirildi

Tədbirdə Türkmənistan və  Türkiyə ilə yanaşı Amerika Birləşmiş Ştatları, Çin, İsveç, Almaniya və Əfqanıstandan çox sayda dilçi alim, qeyri-hökumət təşkilatı və xəbər agentliyi nümayəndələri, universitet tələbələri iştirak edib.

837364
Ankarada  V Beynəlxalq Türkmən Dili Araşdırmalar Seminarı keçirildi

  Türkiyənin paytaxtı Ankarada Türk Dilçiliyində Təyinetmə və Sənədləşmə V Beynəlxalq Türkmən Dili Araşdırmalar Seminarı keçirilib.

  Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyiylə həyata keçirilən seminar Hacettepe Universitetinin Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları fakültəsində təşkil edilib. Tədbirdə Türkmənistan və  Türkiyə ilə yanaşı Amerika Birləşmiş Ştatları, Çin, İsveç, Almaniya və Əfqanıstandan çox sayda dilçi alim, qeyri-hökumət təşkilatı və xəbər agentliyi nümayəndələri, universitet tələbələri iştirak edib.

  Seminarda açılış nitqilə çıxış edən Türkmənistanın Türkiyədəki səfiri İşangulı Amanlıyev türkmən dilinin dövlət dili kimi qəbul edilməsi və dilin inkişaf etdirilməsilə bağlı həyata keçirilən işlər barədə məlumat verib.

  Türkmənistan Elmlər Akademiyasının üzvü akademik Muratgeldi Söyegov da türkmən dili və tarixi haqqında geniş çıxış edib.

  Hacettepe Universiteti Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları fakültəsinin dosenti Aslan Dəmir isə ümumtürk dilinin tələffüz, fonetika və morfologiya xüsusiyyətlərindən müqayisəli şəkildə danışıb.



Әlaqәli Xәbәrlәr