Ərdoğan Azərbaycanın paytaxtı Bakıda səfərdədir
Prezident Ərdoğanı Azərbaycana səfəri zamanı Bakı Heydər Əliyev hava limanında, Azərbaycan Baş nazir müavini Yaqub Eyyubov, Azərbaycanın Ankara səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Ərkan Ozoral ilə səfirlik personalı qarşılayıb.
837037

Prezident R.T.Ərdoğan və xanımı Əminə Ərdoğana, İqtisadiyyat naziri Nihat Zeybekci, Enerji və Təbii Qaynaqlar naziri Bərat Albayrak, Milli Təhsil Naziri İsmət Yılmaz, Milli Müdafiə naziri Nurettin Canikli ilə Nəqliyyat Dənizçilik və Kimlik naziri Əhməd Arslan müşayiət edir.
Prezident Ərdoğan Azərbaycana rəsmi təmasları çərçivəsində, "Bakı-Tbilisi-Qars dəmir yolu" xəttinin açılış mərasiminə qatılacaq. Axşam ziyafətində Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Baş naziri Bakıtcan Sagintayev, Özbəkistan Baş naziri Abdulla Aripov və Gürcüstan Baş naziri Giorgi Kvirikaşvili ilə bir araya gələcək.
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (27 yanvar)
Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 132 ölüm faktı qeydə alınıb.