"2019-cu ilin mart və noyabrı həlledici aylardır", R.T.Ərdoğan

Ərdoğan İbn Haldun Universitetinin Beynəlxalq Mədəniyyətlər Şurasının açılışında və Yıldız Texniki Universitetində Beynəlxalq Şəhər və Qeyri-Hökumət Təşkilatları Sammitində iştirak və çıxış edib.

831684
"2019-cu ilin mart və noyabrı həlledici aylardır", R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan terror təşkilatı DAEŞ-ə qarşı ən böyük mübarizəni Türkiyənin verdiyini vurğulayıb. İbn Haldun Universitetinin Beynəlxalq Mədəniyyətlər Şurasının açılışında çıxışı zamanı Ərdoğan deyib:
  "DAEŞ-ə qarşı ən böyük mübarizəni verən ölkə bizik. DAEŞ-in İslamla əlaqəsi olmadığını əvvəldən söyləmişik, çox açıq və dəqiq, bütün beynəlxalq toplantı. İslam ölkələriylə olan görüşlərdə bunu çox söylədik, amma təəssüf ki, bunları başa sala bilmirik ki, müsəlmanı müsəlmana qırdırırlar. Terrorçulara silahı pulsuz verirlər. Amma biz müdafiə üçün pulumuzla silah istəyirik, vermirlər. Belə qəribə bir dünyanın içindəyik.

  "Dünya 5-dən böyükdür" etirazımız həm ədalət çağırışı, həm mədəniyyət hayqırtısıdır. İkinci Dünya Müharibəsindən sonra şərtlər başqa idi, indi başqa. Beş ölkə niyə dünyanın taleyini təyin etməlidir? Niyə onların ağzından nə çıxırsa, qərar da o olur? Belə bir şey ola bilməz. Dünya yenilənir, onların da yenilənməsi lazımdır."

  Rəcəb Tayyib Ərdoğan Ankarada Yıldız Texniki Universitetində Beynəlxalq Şəhər və Qeyri-Hökumət Təşkilatları Sammitində də iştirak edib. Burada əsasən bələdiyyələr mövzusuna toxunan dövlət başçısı deyib: "Türkiyədə bələdiyyələr iqtidar olma və iqtidarda qalmağın açarıdır. Çünki demokratiya və yerli rəhbərliklər bələdiyyələrdə başlayır. Yerli rəhbərlikdə güclü olmayan partiya iqtidarda da müvəffəqiyyət şansı yoxdur. 2019-cu ilin mart və noyabr ayları həlledici aylardır. 2019-cu ildəki digər seçkilərin açarı mart ayındakı məhəlli idarələr seçimidir . Biz bu günə qədər daim millətimizin xeyrinə şərh verən və doğru addımlar atan bir partiya olduq. Yaranandan bu yana daim müvəffəqiyyətlə yüksələn hərəkat olmuşuq. Geri getmək nədir, bizim heç yerində saymağa belə səbrimiz yoxdur... Zəkata möhtac olmayan bir cəmiyyət inşa etmək lazımdır. Sədəqəyə möhtac olmayan bir cəmiyyət inşa etməliyik. İnsanlıq olan bir dünya inşa etmək lazımdır."



Әlaqәli Xәbәrlәr