“Türkiyə terrora qarşı Somali xalqı ilə həmrəyliyini davam etdirəcəkdir”,R.T. Ərdoğan

Dövlət başçısı Ərdoğan Somali prezidentinə başsağlığı verdi.

827351
“Türkiyə terrora qarşı Somali xalqı ilə həmrəyliyini davam etdirəcəkdir”,R.T. Ərdoğan

Dövlət başçısı Ərdoğan Somalidə edilən bombalı hücumu pisləyərək, “Türkiyə terrora qarşı Somali hökuməti və qardaş Somali xalqı ilə həmrəylik içində olmağa davam edəcəkdir. Bu çərçivədə təcili yardım təyyarəsi və tibbi avadanlıqların təmini, həmçinin yaralıların Türkiyədə müalicəsi də daxil olmaqla hər sahədə yardım hazırlığı üçün təlimat verildi” deyə bildirib.

Yayılan məlumata görə, Ərdoğan Somalidəki bombalı hücumdan sonra bu ölkənin prezidenti Məhəmməd Abdullah Fermacuya başsağlığı məktubu ünvanlayıb.

Paytaxt Moqadişoda həyata keçirilən terror hücumu nəticəsində çox sayda insanın həyatını itirdiyini və yaralandığını dərin kədərlə öyrəndiyini bildirən Ərdoğan qeyd edib ki, Somalinin sabitliyini və təhlükəsizliyini hədəf götürən bu hücumu ən sərt şəkildə pisləyirəm. Türkiyə terrora qarşı mübarizədə Somali hökumətinin yanında olmaqda davam edəcəkdir.

Dövlət başçısı Ərdoğan xain hücum nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara təcili şəfa diləyib, Somali hökuməti və xalqına başsağlığı verib.

Qeyd edək ki, Somalinin paytaxtı Moqadişoda yük avtomobilinin partladılması nəticəsində ölənlərin sayı 276 nəfərə çatıb, təqribən 300 nəfər isə yaralanıb.



Әlaqәli Xәbәrlәr