Habur sərhəd-keçid məntəqəsi yaxınlığında keçirilən birgə hərbi təlim davam edir

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Şırnak vilayətinin Silopi qəsəbəsindəki Habur sərhəd-keçid məntəqəsi yaxınlığında sentyabrın 18-də başlanan hərbi təlim İraq Silahlı Qüvvələrinin iştirakı ilə davam edir.

824918

Təlim zamanı dörd istiqamətdən düşmən mövqeləri ələ keçirilib.

Ələ keçirilən mövqelərə zirəhli hərbi texnikalar və tanklar yerlişdirilib.

Təlimdən sonra əsgərlər düşərgələrinə qayıdıblar.

Baş Qərargah Rəisliyinin məlumatında TSQ tərəfindən sentyabrın 18-dən başlananhərbi təlimin üçüncü mərhələsinə sentybrın 26-da start verildiyi, təlimin bu mərhələsinin bölgəyə daxil olan İraq Silahlı Qüvvələrinə bağlı hərbi dəstə və ünsürlərin iştirakı ilə birgə davam etdiriləcəyi bildirilmişdi.

Әlaqәli Xәbәrlәr