Hərbi təlim iraqlı hərbçilərin də iştirakı ilə davam edir

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Şırnak vilayətinin Silopi qəsəbəsindəki Habur sərhəd-keçid məntəqəsi yaxınlığında sentyabrın 18-də başlatdığı hərbi təlim iraqlı hərbçilərin iştirakı ilə davam edir.

819363

Təlim keçirilən bölgəyə zirəhli hərbi texnikalarla göndərilən Türk və İraqlı əsgərlər təlim əsaslarına görə kritik bir təsisin ələ keçirilməsi və nəzarət altına alınması məqsədilə düşmən əsgərlərinin ətrafını mühasirəyə salıb və daha sonra zirəhli texnikalardan enərək mövqeləri ələ keçiriblər.

Təlim çərçivəsində bölgədə mina axtarış işləri aparıldıqda, yaralanan əsgərlərin zirəhli təcili maşınlarla hadisə mahalından daşınması da canlandırılıb.

Türk və İraqlı əsgərlər təlimdən sonra zirəhli texnikalarla yerlərinə qayıdıblar.

Baş Qərargah Rəisliyinin məlumatında TSQ-nın sentyabrın 18-dən bəridir Silopi/Habur sərhəd-keçid bölgəsində başlanılan təlimin üçüncü mərhələsinə 26 sentyabrda start verildiyi, təlimin bu mərhələsinin bölgəyə gələn İraq Silahlı Qüvvələrinə bağlı dəstə və ünsürlərin də iştirakı ilə müştərək davam etdiriləcəyi bildirilmişdi.

Әlaqәli Xәbәrlәr