Şırnakda 1 әsgәr vә 1 kәnd qoruyucusu şәhid olub
Terror tәşkilatı PKK Şırnak-Cizrә yolunun tәhlükәsizliyini tәmin edәn әsgәrlәr vә kәnd qoruyucularına hücum tәşkil edib.
817870

Terror tәşkilatı PKK Şırnak-Cizrә yolunun tәhlükәsizliyini tәmin edәn әsgәrlәr vә kәnd qoruyucularına hücum edib.
Hücum nәticәsindә 1 әsgәr vә 1 kәnd qoruyucusu şәhid olub, 4 kәnd qoruyucusu da yaralanıb.
Bu barәdә tәhlükәsizlik mәnbәlәri mәlumat verib. Mәlumata görә, hücum nәticәsindә yaralanan 4 kәnd qoruyucusu Şırnak vә Cizrәdәki xәstәxanalara çatdırılıb.
Qeyd edәk ki, qaçan terrorçuların saxlanılması üçün bölgәdә әmәliyyat keçirilir.