"Bütün ölkələrin taleyi bir-birinə bağlıdır", B.Yıldırım

İstanbulda təşkil edilən Beynəlxalq Əmək Təşkilatının (İLO) X Avropa Region Toplantısında çıxışında Suriyada baş verən vətəndaş müharibəsinə toxunaraq deyib.

818573
"Bütün ölkələrin taleyi bir-birinə bağlıdır", B.Yıldırım

  Türkiyənin Baş naziri Binəli Yıldırım bütün ölkələrin taleyinin bir-birinə bağlı olduğunu vurğuladı.

   İstanbulda təşkil edilən Beynəlxalq Əmək Təşkilatının (İLO) X Avropa Region Toplantısında çıxışında Suriyada baş verən vətəndaş müharibəsinə toxunaraq deyib:

  “Vətəndaş müharibəsi milyonlarla suriyalını yerindən-yurdundan tərk etmək məcburiyyətində qoyub. Üç milyon yarım suriyalı 6 ildən artıqdır ki, Türkiyəyə sığınıb. Biz canını oddan-alovdan qurtarmaq istəyən, bununçün yollara düşən bu insanlara sahib çıxdıq, çörəyimizi bölüşdük, evimizi açdıq, onlarla hər cür isti əlaqə yaratdıq. Bu, bizim mədəniyyətimizdən gələn ənənədir, tariximizdən gələn ənənədir. Türkiyə yaxşı işlər görür, qaçqınlara, çətinlikdə olanlara yardım edir, amma təəssüf ki, Avropa İttifaqı ölkələri başda olmaqla bütün dünya bu prosesləri izləmək və Türkiyənin kürəyini sığallamaqla kifayətlənir. Nə olursa olsun, Türkiyənin insanlıq adına görülən bu işləri yenə davam etdirəcək.

  Açıqlanan son beynəlxalq hesabatlara görə, dünya üzrə humanitar yardım üzrə ümumdaxili məhsuldan ayırdığı paya görə Türkiyə dünyada Amerika Birləşmiş Ştatlarından sonra ikinci yerdədir.

  Qloballaşan dünyada heç bir ölkə “Problemlərimizi özümüz həll edərik”, “Başqalarına ehtiyacımız yoxdur” deyə bilməz. Bütün ölkələrin taleyi bir-birinə bağlıdır. Buna görə də problemlərin həllində birlikdə baş sındırmaq lazımdır, birlikdə çarə hasil etmək lazımdır. Müəyyən düşüncələrlə qapıları bağlamaq, bir ölkəni kənarlaşdırmaq, başqa ölkəyə yardım etmək regional sülhə və qlobal qardaşlığa heç bir xeyir gətirmir.

  Suriya, İrak və Yaxın Şərqdə cərəyan edən hakimiyyət boşluğu, bu boşluqdan istifadə edən terror fəaliyyətləri, bunların Balkanlara, Avropaya yayılmasının qarşısını alan Türkiyə həm də Suriyada tam sülhün təsis edilməsi üçün böyük bir səy göstərir.

  İran, Rusiya və Avropa koalisiya ölkələrilə intensiv iş birliyi içindəyik. İstər İraq, istər Suriya, istər Qüds, istərsə də Fələstində hər cür qeyri-sabitliyin zərbəsi birinci Türkiyəyə dəyir. Amma bunu avropalı dostlarımıza ötürməmək üçün böyük fədakarlıq göstəririk. Egey dənizindən, quru yolundan Avropaya üz tutan 3 – 3500 qaçqın sayını sıfıra endirmişik. Bütün bu fədakarlıqlara baxmayaraq, hələ də 15 İyul çevriliş cəhdinin arxasında duran FETÖ ünsürləri, ölkəmizi parçalamağa çalışan PKK terrorçularına qucaq açılır. Bu, bizi incidir."

 



Әlaqәli Xәbәrlәr