Baş nazirin müavini Bəkir Bozdağ Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlama verdi

Baş nazirin müavini Bəkir Bozdağ Fransada baş verən yanğın hadisəsini qınadı.

818814
Baş nazirin müavini Bəkir Bozdağ Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlama verdi

Baş nazir müavini və hökumət sözçüsü Bəkir Bozdağ Fransada 3-ü Türk 5 adamın həyatını itirdiyi yanğın hadisəsini qınadığını açıkladı.

Nazirlər Kabinetininiclasından sonra açıqlama verən Bəkir Bozdağ fransız səlahiyyətlilərə hadisənin məsullarının müəyyən edilərək cəzalandırılması için çağırış da edib.

İraq Kürd Regional Rəhbərliyinin (İKRR) keçən həftə təşkil edilən qeyri-qanuni referendumu mövzusunda isə Türkiyənin məntiqlə hərəkət edəcəyini vurğulayan Bozdağ İran və İraqla əməkdaşlıq içində olunacağını deyib.

Bozdağ bir sual qarşısında isə deyib ki, İKRR-yə istiqamətli addımlarımızda beynəlxalq hüquqa uyğunluq və Türk millətinin mənfəətləri nəzərdə tutulacaq. İKRR etdiyi səhvdən dönənə qədər onlarla bir əməkdaşlıq gündəmdə olmayacaq. Bundan sonrakı addımlarımızı elan etmədən atacağıq.



Әlaqәli Xәbәrlәr