Somalidə Türkiyə Hərbi Təlim Mərkəzi açıldı

Somali Baş naziri Həsən Əli Xeyri, Türkiyə Baş Qərargah rəisi general Hulusi Akar, başçılıq etdiyi hərbi heyət rəsmiləri, xarici ölkə səfirlikləri nümayəndələri Somali ordusuna yardım üçün qurulan Türkiyə Hərbi Təlim Mərkəzinin açılışında iştirak edib.

817600
Somalidə Türkiyə Hərbi Təlim Mərkəzi açıldı

  Somalinin paytaxtı Moqadişuda Türkiyə Hərbi Təlim Mərkəzinin açılışı olub. Ölkənin Baş naziri Həsən Əli Xeyri, Türkiyə Baş Qərargah rəisi general Hulusi Akar, başçılıq etdiyi hərbi heyət rəsmiləri, xarici ölkə səfirlikləri nümayəndələri Somali ordusuna yardım üçün qurulan Türkiyə Hərbi Təlim Mərkəzinin açılışında iştirak edib.  

  Açılışda çıxış edən Baş nazir H.Ə.Xeyri deyib: “Türkiyənin çətin şərtlərin keçilməsi və inkişaf gücünü artırmaq məqsədilə Somaliyə verdiyi dəstəyə görə minnətdarıq… Bu hərbi mərkəz həm güclü və vətəni müdafiə etməyə qadir bir ordu qurulmasına kömək olacaq, həm də ordunun terrorçularla mübarizə gücünün artırılması üçün hərbi təlimlər verəcək".

  Türkiyə Baş Qərargah rəisi general H.Akar da öz növbəsində çıxışında iki ölkə arasında münasibətlərin yeni olmadığını, əsrlərə gedib çıxdığını xatırladaraq Türkiyənin Somali xalqı və hökumətinə hər zaman dəstək verməyə davam edəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr